Müəllif - Aida İsaq, Banco.az
İnsan münasibətlərində olduğu kimi iş dünyasında da dürüstlük və güvən böyük önəm daşıyır. Ancaq bir çox hallarda təəssüf ki, böyük şirkətlərin bəziləri müxtəlif səbəblərdən dolayı bu yolu seçməkdən imtina edir. Sektordan asılı olmayaraq dünyanın bir çox nəhəng şirkətlərinin gəlirlərini artırmaq üçün yaydığı həqiqəti əks etdirməyən məlumatlar zaman-zaman böyük qalmaqallara səbəb olur. Təbii ki, bütün bunlar, markalara olan inamı, sevgini azalda bilir.
Banco.az xəbər verir ki, həmin şirkətlərdən biri də “Nestle”dir.
Belə ki, 2021-ci ildə şirkətdaxili yazışmaların ictimaiyyətə sızdırılması nəticəsində, markaya məxsus bazarda olan içki və qida məhsullarının 60 faizindən çoxunun sağlamlıq testlərindən keçə bilmədiyi məlum olmuşdu. İçkilərin 96 faizi, qida məhsullarının 70 faizi, qənnadı məmulatlarının 99 faizi sağlamlıq standartlarına cavab verə bilməmişdi. Həmin dövrdən bu günə qədər bu istiqamətdə olan müzakirələr aktuallığını itirməyib. Ekspertlər bunun brendin bugünkü gəlirlərinə belə, təsirsiz ötüşmədiyini istisna etmir.
Bizi sosial şəbəkələrdən izləyin!!