Ziraat Bank Azərbaycan 2022-ci ili uğurla yekunlaşdırdı | Banco.az

Ziraat Bank Azərbaycan 2022-ci ili uğurla yekunlaşdırdı

Ziraat Bank Azərbaycan 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.   

Hesabatlara əsasən bank böyüməyə və müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, açıqlanmış maliyyə hesabatlarına əsasən 2022-ci il ərzində bankın aktivləri 36,3% artaraq 529 mln. manata çatmış, bankın kredit portfeli isə banklar və digər maliyyə institutları istisna olmaqla 37,5% artaraq  317 mln. manatı keçmişdir. Bankın məcmu kapitalı 31% artaraq 102 mln. manatı keçmişdir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan 2022-ci ildə Nizamnamə kapitalını da 31% artıraraq 65 mln. manata çatdırmışdır. 

Bank müştərilərinin inam və etibarını qazanmağa davam edir. Göstəricilərdən biri olaraq bankın depozit portfelində il ərzində müşahidə edilən mühüm artımı bunun sübutu kimi qeyd etmək olar. Belə ki, Bankın cəmi depozit portfeli banklar və digər maliyyə institutları istisna olmaqla 2021-ci ilin sonu ilə müqayisədə 51% artaraq 318 mln. manata çatmışdır. Bankın xalis mənfəəti isə 7,5 mln. manatı keçmişdir.

2022-ci il ərzində Bankın beynəlxalq və yerli təşkilatlar ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Bank tərəfindən yerləşdirilmiş kreditlərdə keçən ilin sonu ilə müqayisədə 24% artım müşahidə olunub. Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu vəsaiti hesabına verilmiş kreditlərdə isə 2021-ci ilin sonu ili müqayisədə 2.7 dəfədən artıq artım müşahidə edilmişdir.

Ziraat Bank Azərbaycan 2022-ci il ərzində xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətləri daha da yaxşılaşdırılması məqsədi ilə Fransanın Societte Generale bankında yeni AVRO müxbir hesabı açaraq  beynəlxalq müxbir əlaqələrini  genişlətmiş və hesabların sayını səkkizə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Societte Generale AVRO valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Qeyd edək ki, Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi olaraq hesabatlara əsasən bank 2022-ci il ərzində əsas maliyyə göstəriciləri üzrə illik fəaliyyətini uğurla tamamlamışdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et