Müəllif - Aida İsaq, Banco.az
İraq Mərkəzi Bankının rəhbəri Mustafa Qalip Muhif vəzifəsindən azad edilib.
Banco.az xəbər verir ki, İraqda yerli valyutanın ABŞ dolları qarşısında ucuzlaşmağa davam etməsi fonunda onun istefaya göndərildiyi bildirilir. Onun yerinə Əli Muhsin Əllakı təyin edilib. Bildirilir ki, yerli valyutanın dəyər itirməsi bəzi ərzaq məhsullarının qiymətinin artmasına səbəb olur.
Qeyd edək ki, 1 ABŞ dolları 1470 dinara məzənnə olunurdusa, son günlər müvafiq səviyyə 1650 dinara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!