İsveçrə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı münasibətini bildirib | Banco.az

İsveçrə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı münasibətini bildirib

Müəllif - Aida İsaq, Banco.az

İsveçrə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası üçün istifadə olunmasının tərəfdarıdır.

Banco.az xəbər verir ki, bu barədə İsveçrənin Federal xarici işlər departamentinin rəhbəri İqnazio Kassis bildirib. O, ölkəsində dondurulmuş vəsaitlərin müsadirəsi üçün qanunvericilik bazasının mövcud olmadığını qeyd edərək, bu istiqamətdə yalnız hüquqi formada addımların atılmalı olduğunu vurğulayıb. Eyni zamanda müvafiq prosedurların icrası üçün bütün Avropa ölkələrinin və bir çox başqa dövlətlərin ümumi həll yolu tapmalı olduğunu bildirib. Rəsmi nümayəndə həmçinin mülkiyyət hüquqlarının toxunulmaz olduğunu xatırladaraq, atılacaq addımların Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına ziddiyyət təşkil etməməli olduğunu da qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et