Çin iqtisadiyyatının artım sürəti proqnozları doğrultmayıb | Banco.az

Çin iqtisadiyyatının artım sürəti proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı 2022-ci ildə illik müqayisədə 3 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin yanvar-dekabr dövründə əvvəlki illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuana (təxminən 18 trilyon dollar) çatıb.

Bu, Kovid-19 pandemiyasının ilk təsirlərinin hiss olunduğu 2020-ci ildəki 2,2 faizlik artımdan sonra 1976-cı ildən bəri Çində qeydə alınan ən aşağı illik gəlir artımı olub.

Artım sürəti Çin hökumətinin 2022-ci il üçün nəzərdə tutduğu 5,5 faizlik hədəfə çatmayıb.

Qeyd edək ki, Milli Statistika Bürosu ilin son üç ayı üzrə iqtisadi artımın 2,9 faiz olduğunu bildirib. Çin iqtisadiyyatı 2022-ci ilin birinci rübündə 4,8 faiz, ikinci rübdə 0,4 faiz, üçüncü rübdə isə 3,9 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram