“McDonald's”ın Qazaxıstan bazarına geri qayıtma şərtləri açıqlanıb | Banco.az

“McDonald's”ın Qazaxıstan bazarına geri qayıtma şərtləri açıqlanıb

​Müəllif - Aida İsaq, Banco.az

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “McDonald's” restoranlar şəbəkəsi Qazaxıstanı tərk etmişdi.

Banco.az xəbər verir ki, adı çəkilən ölkədə şəbəkəni idarə edən Qazaxıstanın "Food Solutions KZ" şirkəti Amerika brendinin yerli bazara yenidən qayıtması üçün şərtləri açıqlayıb. Şirkətin rəhbəri Asset Maşanovun sözlərinə görə, fastfud restoranı üçün məhsulların tədarükü ilə bağlı problemlər həll olunduğu təqdirdə bu mümkün ola bilər. A.Maşşanov həmçinin hazırda yerli təchizatçılarla işlərin aparıldığını və bunun "McDonald's" brendinin geri qaytarılmasına töhfə verib-verməyəcəyini söyləməyin qeyri-mümkün olduğunu bildirib.

Qeyd edək ki, "McDonald's" şəbəkəsi iki minə yaxın qazaxıstanlını işlə təmin etmişdi. "Food Solutions KZ" şirkəti hazırda fəaliyyət baxımından yaranan fasilələrə baxmayaraq, onların maaşlarını ödəməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et