ABŞ-ın ən böyük banklarının gəlirləri azalacaq | Banco.az

ABŞ-ın ən böyük banklarının gəlirləri azalacaq

​Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın 4 ən böyük bankının mənfəətinin azalacağı gözlənilir.

Banco.az xəbər verir ki, bu siyahıya "JPMorgan", "Bank of America", "Citigroup" və "Wells Fargo" daxildir. İqtisadiyyatda müşahidə olunan yavaşlama investisiya bankçılığının gəlirlərinə öz mənfi təsirini göstərir. Banklar çətin dövrlər üçün ehtiyatlarını artırır. Bundan başqa "Morgan Stanley" və "Goldman Sachs" da daxil olmaqla, ABŞ-ın 6 ən böyük bankının problemli kreditlər üzrə cəmi ehtiyatlarının 5,7 milyard dollar olacağı gözlənilir. Ötən ilin analoji dövründə banklar 2,37 milyard dollar məbləğində ehtiyat ayırıblar.

Dördüncü rübdə 6 bankın xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 17 faiz azalması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et