Rusiya ixracatçılarının məhdudiyyətlərə uyğunlaşması nə qədər zaman alacaq? | Banco.az

Rusiya ixracatçılarının məhdudiyyətlərə uyğunlaşması nə qədər zaman alacaq?

Müəllif - Aida İsaq, Banco.az

Rusiya karbohidrogen ixracatçılarının yeni şəraitə uyğunlaşması və logistik marşrutlarının yenidən qurulması 2-3 aydan çox vaxt almayacaq.

Banco.az xəbər verir ki, bunu Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davydov bildirib. Onun sözlərinə görə, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar əməliyyatlarda və logistikada çətinliklər yaratdı. Ümumiyyətlə, bütün növ mallar üçün logistikanın yenidən təşkili təxminən iki-üç ay zaman alıb. Ekspert neft qrupu üçün müvafiq prosedurun hansı müddətə qədər davam edəcəyini konkret müəyyənləşdirməyin çətin olduğunu bildirib. Eyni zamanda o, adaptasiya prosesinin daha sürətli olacağını proqnozlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et