Avropa ölkələri karbon emissiyasını azaltmaq üçün səyləri artırır | Banco.az

Avropa ölkələri karbon emissiyasını azaltmaq üçün səyləri artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) karbon bazarı islahatı ilə bağlı razılığa gəlib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) qurumları iqlim hədəflərinə çatmaq üçün İttifaqın emissiyalarını daha da azaldacaq karbon bazarı islahatına dair razılığa gəliblər.

Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamentinin (AP) müzakirəçiləri arasında Avropa Yaşıl Sövdələşməsi çərçivəsində müəyyən edilmiş iqlim hədəflərinə nail olmaq üçün hazırlanan Aİ Emissiya Ticarət Sisteminin (ETS) yenidən nəzərdən keçirilməsini ehtiva edən tənzimləmə paketi ilə bağlı danışıqlarda konsensusun əldə edildiyinə dair bəyanat yayıb.

Bəyanatda xatırladılıb ki, Aİ emissiya ticarəti sistemi enerji tutumlu sənayelər və elektrik enerjisi istehsalı sektorunda emissiya ehtiyatları və emissiya ticarəti üçün karbon bazarıdır və sistemin karbon emissiyalarını azaltmağı hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

ETS proqramının 2005-ci ildən etibarən tətbiq edildiyi vurğulanaraq sözügedən sistemlə bu günədək Aİ ölkələrində emissiyaların 41 faiz azaldıldığı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et