İngiltərə Mərkəzi Bankı da gözlənilən faiz qərarını açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı da gözlənilən faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya da faiz dərəcələrinin artım sürətini yavaşladıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (mərkəzi bank) ilin son iclasında Fed-in izi ilə gedərək siyasət faizlərindəki artım sürətini azaldıb. Belə ki, mərkəzi bank proqnozlara uyğun olaraq uçot dərəcəsini 50 baza bəndi artıraraq 3,5 faizə çatdırıb.

Bank bununla da ardıcıl 9 iclasda da faiz artımı qərarı verib və ölkədə faiz dərəcələrini ötən 14 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Xatırladaq ki, ötən ay Böyük Britaniyada inflyasiya illik 11,1 faizdən 10,7 faizə enmiş, oktyabrda başa çatan üç aylıq dövrdə isə iqtisadiyyat daralmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et