Avropa və İngiltərə Mərkəzi Banklarının da faiz artım tempini yavaşladacağı gözlənilir | Banco.az

Avropa və İngiltərə Mərkəzi Banklarının da faiz artım tempini yavaşladacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bugün qlobal bazarların əsas diqqətində Avropa və İngiltərə mərkəzi banklarının faiz qərarı var.

Banco.az xəbər verir ki, FED-in monetar sərtləşdirmə sürətini azaltdığı dünənki iclasından sonra Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BOE) bugünkü iclaslarında da oxşar qərarın veriləcəyi gözlənilir.

Faiz dərəcələri ilə yanaşı, ECB-nin kəmiyyət sərtləşdirməsi çərçivəsində istiqraz və səhmlərini necə daraldacağı da izləniləcək. Bankın sədri Kristin Laqardın bununla bağlı əsas prinsipləri ortaya qoyması gözlənilir.

Qeyd edək ki, ECB-nin faiz qərarı Bakı vaxtı ilə saat 17:15-də açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et