"Nestle" Səudiyyə Ərəbistanına böyük məbləğdə investisiya yatırır | Banco.az

"Nestle" Səudiyyə Ərəbistanına böyük məbləğdə investisiya yatırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nestle” Səudiyyə Ərəbistanına 1,9 milyard dollar investisiya yatıracaq.

Banco.az xəbər verir ki, İsveçrənin qida nəhəngi “Nestle” firması yaxın 10 il ərzində Səudiyyə Ərəbistanına 1,86 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Nestle neftdən asılı iqtisadiyyatını şaxələndirmək üçün ölkəyə xarici investorların cəlb edilməsi səylərini sürətləndirən Səudiyyə Ərəbistanına qəhvə və körpə qidasından başlayaraq, qarşıdakı 10 il ərzində ümumilikdə 7 milyard riyal (1,86 milyard dollar) həcmində investisiya yatırmağı planlaşdırır.

“Nestle” tərəfindən edilən açıqlamada 2025-ci ildə Səudiyyə Ərəbistanı ərazisində fabrik qurulacağı, 10 il ərzində nəzərdə tutulan sərmayələrlə birbaşa və dolayısı ilə 3500 adamın işlə təmin olunacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et