Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.
Banco.az xəbər verir ki, fondun yaydığı məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə müvafiq vəzifəyə Osman Xaliyev təyin olunub.
Qeyd edək ki, Osman Xaliyev 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini təyin olunub. Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə Heyətinin sədrinin vəzifələrini icra edib.
Bizi sosial şəbəkələrdən izləyin!!