“Zaminbank”ın vəzifəli şəxslərinə cinayət işi açıldı | Banco.az

“Zaminbank”ın vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş Prokurorluğun 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlanıb. Prokurorluğun mətbuat xidmətindən Lernt.az-a verilən məlumata görə, Bakı şəhər sakini Həsən Talıblının  “Zaminbank” ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırmalarla cəmiyyətin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Həsən Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda iş üzrə istintaq davam etdirilir.

lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et