Yunanıstan Mərkəzi Bankı, ekstra kredit yardımı proqramı çərçivəsində ölkənin 3 böyük bankına 2 milyard avro həcmində vəsait ayırıb. Bu haqda situasiya ilə yaxından tanış olan iki mənbəyə istinad edən Reyter agentliyi məlumat verir.
Kredit yardımının göstərilməsi ilə bağlı qərar depozit axınının yolverilən həddi keçməsindən sonra qəbul edilib, agentlik qeyd edir.
Kreditlər banklara hələ bu ilin yanvar ayında Avropa Mərkəzi Bankının ekstra kredit yardımı proqramından istifadəyə icazə verməsindən sonra ayrılıb, agentliyin mənbəsinə məlumat veriblər. Lakin bankların adlarını açıqlamaqdan imtina edilib. Həmçinin hansı bankın nə qədər vəsait alacağı da söylənilmir.
Afinada borc böhranı 2010-cu ildə baş qaldırıb. Buna görə də rəhbərlik xarici maliyyə yardımı üçün müraciət etməli olub. Kreditorların böyük “Üçlüyü” ( Avropapa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) ilə əldə edilən razılaşmaya əsasən, Afinaya çox milyardlı kreditlər ayrıldı, özəl kreditorların borclarının yarısından çoxu silindi amma əvəzində bir sıra tələblər irəli sürüldü: Məsələn sərt iqtisadiyyat tədbirləri, 2015-ci ilin sonuna qədər 50 milyard həcmində aktivlərin özəlləşdirilməsi və struktur islahatları.