Avropa iqlim dəyişikliyinə uyğunlaşma üçün 500 milyard avro xərcləyəcək | Banco.az

Avropa iqlim dəyişikliyinə uyğunlaşma üçün 500 milyard avro xərcləyəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Avropanın 2035-ci ilə qədər iqlim dəyişikliyinin təsirlərinə davamlılığını artırmaq üçün təxminən 500 milyard avro xərcləyəcəyi gözlənilir.

Banco.az xəbər verir ki, Bu vəsait ekstremal hava hadisələrindən sonra bərpa işlərinə, eləcə də gələcək iqlim risklərinin təsirlərinin azaldılmasına yönəldiləcək.

Təhlildə qeyd olunur ki, əvvəllər əsasən təbii fəlakətlərdən sonra həyata keçirilən birdəfəlik bərpa xərcləri artıq daha uzunmüddətli investisiya və satınalma prosesinə çevrilir.

2026-cı ilin yayında Avropanın müxtəlif bölgələrində baş verən meşə yanğınları, quraqlıq və istilik dalğaları əmtəə təchizatına ciddi təsir göstərib. Bu hadisələr kənd təsərrüfatı istehsalına zərər vurub və məhsuldarlıq itkisinə səbəb olub.

“Bloomberg Intelligence”ın qiymətləndirməsinə əsasən, bu proseslərdən sonra Avropada iqlimlə bağlı xərclərin daha sistemli və uzunmüddətli uyğunlaşma siyasətinə çevrilməsi sürətlənib.