Tramp: Türkiyə və Banqladeş 111 Boeing təyyarəsi alacaq | Banco.az

Tramp: Türkiyə və Banqladeş 111 Boeing təyyarəsi alacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Türkiyə və Banqladeşin “Boeing” şirkətindən ümumilikdə 111 təyyarə sifariş edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda bunun “Boeing və Amerika istehsalı üçün əla gün” olduğunu bildirib. O, həmçinin Türkiyə və Banqladeşin əlavə 50 təyyarə almaq üçün seçim hüququnun olacağını qeyd edib.

ABŞ Prezidenti sövdələşmənin ABŞ Ticarət naziri Hovard Lutnik və Ticarət Nazirliyinin dəstəyi ilə həyata keçirildiyini bildirib.

Trampın sözlərinə görə, on milyardlarla dollar dəyərində satış və ABŞ-ın böyük həcmdə ixracı ölkədə on minlərlə iş yerinin dəstəklənməsinə imkan verəcək.