Cənubi Afrikadan proqnozlara uyğun faiz qərarı | Banco.az

Cənubi Afrikadan proqnozlara uyğun faiz qərarı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Afrikadan proqnozlara uyğun faiz qərarı.

Banco.az xəbər verir ki, Cənubi Afrika Mərkəzi Bankı ("SARB") İran və Ukraynadakı müharibələr səbəbindən yaranan qiymət təzyiqlərini cilovlamaq məqsədilə bu il ikinci dəfə borclanma xərclərini artırıb.

Altı üzvdən ibarət Pul Siyasəti Komitəsi uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 7,25 faizə çatdırıb. Qərar "Bloomberg"in sorğusunda iştirak edən 22 iqtisadçıdan 19-nun proqnozu ilə üst-üstə düşüb. Digər üç iqtisadçı isə faiz dərəcəsinin dəyişməyəcəyini gözləyib.

Mərkəzi Bankın rəhbəri Lesetya Kqanyaqo bildirib: “Yüksək qeyri-müəyyənlik şəraitində faiz dərəcəsinin müəyyənləşdirilməsinə ehtiyatlı yanaşdıq, lakin qiymət sabitliyinin təmin edilməsi vəzifəmizə diqqət yetirməyə davam edirik. Mövcud şokun təsirinin azalması ilə inflyasiyanın 3 faiz səviyyəsinə qayıtması həyati əhəmiyyət daşıyır və bu nəticənin əldə olunmasına görə məsuliyyət daşıyırıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram