Müəllif - Aida İsaq, Banco.az
Çin yuanının ABŞ dollarını əvəzləməsi və dünya valyutasına çevrilməsi üçün ən azı on il zamana ehtiyac olacaq.
Banco.az xəbər verir ki, bunu iqtisadçı ekspert Nikolay Kulbaka bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə dollar öz məzənnə üstünlüyünü qoruyacaq. Adətən hegemon valyutanın dəyişdirilməsi prosesi ölkə iqtisadiyyatı zəiflədikdə öz-özünə baş verir. İqtisadçı valyutanın dünya üzrə əsas mübadilə vasitəsinə çevrilməsinə aydınlıq gətirib. Beləliklə, dolların hegemonluğunun əsas səbəbi sabit iqtisadi tarixə istinad etməsidir. Eyni zamanda, ekspert Çinin iqtisadi tarixinin etibarlı hesab olunmadığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!