Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiya Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini artırıb.
Banco.az xəbər verir ki, Yeni Zelandiyanın Ehtiyat Bankı (RBNZ) qiymət sabitliyini təmin etmək və maksimum dayanıqlı məşğulluğu dəstəkləmək üçün uçot dərəcəsini yenidən 50 baza bəndi artırıb.
RBNZ-nin bəyanatına görə, faiz dərəcəsi 4,25%-dən 4,75%-ə yüksəldilib ki, ekspertlərin proqnozu da məhz bu istiqamətdə idi.
Beləliklə, faiz dərəcəsi 2021-ci ilin oktyabrında rekord minimum olan 0,25 faizdən bəri 450 baza bəndi artırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!