Yeni ildə plastik kartınız itibsə nə etməli? | Banco.az

Yeni ildə plastik kartınız itibsə nə etməli?

Bayram vaxtı bir çox bank filialları bağlı olacaq, bəs kartınız itibsə, onda nə etməli? 

Verdiyimiz sadə məsləhətlər, kartın bərpa edilməsi ilə bağlı əziyyətlərdən sizi xilas etməyəcək, amma ən azından plastik kartın özü ilə yanaşı, pulunuzun da yoxa çıxmasının qarşısını alacaq. Daha doğrusu mümkün riskləri minimallaşdırmaq imkanı verəcək.

 Pulu kartdan itirməmək üçün 5 məsləhət

1. Kartınızı yoxa çıxdığını hiss edən kimi, banka və ya prossesinq mərkəzinə zəng etmək lazımdır. Ölkəmizdə kartların bloklaşdırılmasını əsasən prosessinq mərkəzləri həyata keçirir və onların call-centləri bayram günlərində də 24/7 xidmət göstərir. Yəni banklar bayram günləri işləməsə belə prosessinq mərkəzilərinin qaynar xətləri fəaliyyət göstərir. Ona görə də kartlarınızın xidmət olunduğu bankın və ya prosessinq mərkəzinin nömrəsi çalışın ki, telefonunuzun kontaktında olsun. Kartım oğurlanıbsa nə etməliyəm? -sualına cavabı burada da tapa bilərsiniz.

2. Banka zəngin alternativi isə sms – kod  vasitəsi ilə kartın bloklaşdırılması ola bilər. SMS- banking və ta mobil banking xidməti aktiv olan kartlarda sms vasitəsi ilə, online şəkildə kartı bloklaşdırmaq mümkün olur.  Kartı bloka saldıqdan sonra, onun harada ola biləcəyinə bir daha əmin olun, kartınızı yaxşı-yaxşı axtarın.  

3. Əgər kartınız həqiqətən itibsə və onu tapmaq mümkün deyilsə, bank şöbəsinə müraciət etməli, kartın yenidən verilməsi haqqında ərizəyə qol çəkməli olacaqsınız. Əgər həmin bankın bayram günündən xidmət göstərən filialı yoxdursa, bunu etmək üçün tətilin başa çatmasını gözləməli olacaqsınız. Yaxşı halda bu 3 gün, pis halda isə 1 həftə çəkə bilər. Əlavə komisyon ilə prosesi sürətləndirə bilərsiniz.  Yenə də qeyd edək ki, banklar tam ij rejiminə yanvarın 5-də qayıdacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

4. İtirilmiş kartda qalan pulu da yalnız, bank filialına yaxınlaşaraq, almaq mümkün olacaq.

5. Əgər kartı bloka salmaq mümkün olmasa, onda online banking və ya mobil tətbiqlər vasitəsi ilə pulu kartdan başqa hesaba köçürün..

Təhlükəsizlik tədbirləri

1. Yeni il ərəfəsində kartınızda baş verən bütün əməliyyatlardan xəbərdar olmaq üçün kartınızda sms- notification, sms –məlumatlandırma xidmətlərini aktivləşdirin. Bu sizə imkan verəcək ki, kartınız vasitəsi ilə kənar adam alış-veriş edən kimi bundan xəbər tutasınız. Bəzən olur ki, kartın itməyindən insan özü çox gec agah olur.

2. Mobil telefonunuza bankınızın mobil tətbiqini yükləyin. Bu tətbiq vasitəsi ilə kartı bloklaşdırmaq, ən son edilmiş alış-verişlərin zaman və məkanı haqqında məlumat əldə etmək mümkündür.  

3. Ehtiyat kimi başqa bir bankın kartını da alın ki, əsas kartınız itdikdə asanlıqla itirilmiş kartdakı vəsaiti sahib olduğunuz digər karta köçürəsiniz.  

4. Kartı oğurluq halına qarşı sığorta edin. Belə halda, əgər kardakı vəsaiti sizdən əvvəl çıxarmışlarsa, sığorta sizə dəyən zərəri kompensasiya edəcək. Düzdür, bu zaman siz sığortaçıya kartın necə itməsi ilə bağlı hər şeyi təfərrüatı ilə izah etməli olacaqsınız. Bunlar sığortaçının inanması və fırıldaqçılıq halının qarşısını ala bilməsi üçün vacibdir.

5. Öz hesabınıza nəzarət edin – hesabınızı müntəzəm olaraq online banking və ya mobil tətbiq vasitəsi ilə yoxlayın.