SMS xəbərdarlıq xidməti nədir? | Banco.az

SMS xəbərdarlıq xidməti nədir?

Kart sahibi olan insanlar mütəmadi olaraq, öz kartları vasitəsi ilə ödənişlər gerçəkləşdirir, alış-veriş edir və daha sonra isə kartlarındakı balansı bərpa edir və ona əlavə yatırımlar edirlər. Kartınızdakı pulları idarə edən insanın təkcə siz olduğundan əmin olmaq üçün bir sıra təhlükəsizlik tədbirləri vardır ki, onlardan biri də SMS xəbərdarlıq xidmətdir.

“SMS Notifications” – SMS xəbərdarlıq kart sahibinin onun kartı ilə aparılan bütün əməliyyatları haqqında dərhal SMS vasitəsi ilə xəbərdarlıq etmək deməkdir.

“SMS Notifications” xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır. 

“SMS-Xəbərdarlıq” xidmətinin üstünlükləri:

  • Kart hesabınıza daxil olan və çıxarılan ödənişlər haqqında məlumat alacaqsınız;
  • Xidmətə istənilən mobil nömrə vasitəsilə qoşula biləcəksiniz (Azercell, Bakcell, Nar Mobile, və s (xarici nömrələr də daxil olmaqla);
  • Uğursuz əməliyyatlar haqqında xəbərdarlıq (yəni, vəsait olmadığı, kartın müddəti bitdiyi və s. bu kimi hallarda əməliyyat etmə cəhdi haqqında) məlumat alacaqsınız;

Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmyacaq. Sadəcə olaraq, kart hesabınızdan aylıq xidmət haqqı çıxılacaq; Mobil nömrənizin balansı bağlı olduqda belə, SMS-lə kart haqqında məlumat ala biləcəksiniz

Bu tip xidməti həm AzeriCard, həm də MillKart prosessinq mərkəzlərində xidmət olunan banklar öz müştərilərinə təqdim edirlər.

Hal-hazırda siz müxtəlif taksit və digər plastik kartları alarkən, müqavilə imzaladıqda sms xəbərdarlıq xidmətini də aktivləşdirə bilərsiniz, adətən bank işçiləri sizə bu haqda məlumat verirlər.  Taksit kartlarda isə “SMS Notifications” daha əhəmiyyətli rol oynayır, çünki sizin balansınız daha çox dəyişir və siz bütün bu prosesləri izləməlisiniz.  

Qalan bütün hallarda isə artıq əlinizdə olan kartda “SMS” xəbərdarlıq xidmətini özünüz aktiv edə bilərsiniz.

Əgər AzəriKard” prosessinq mərkəzinə aid olan bankların plastik kart sahibisinizsə «SMS Notifications» xidmətini belə aktiv edə bilərsiniz:

Sistemә qoşulmaq üçün:

  • ATM-ə bank kartını daxil edib, müvafiq dili seçin;
  • Dili seçdikdən sonra, PIN kodu daxil edin;
  • Əsas menyuda “Xidmətlər” bölməsini seçin;
  • “Xidmətlər” bölməsində “SMS NOTIFICATIONS” düyməsini seçin;
  • “SMS NOTIFICATIONS” seçdikdәn sonra öz nömrәnizi daxil edin. Daxil etdiyiniz nömrә düzgündürsә, davam etmәk üçün müvafiq düymәni basın;
  • Sistem sәhv daxiletmәlәrin qarşısını almaq üçün Sizdәn mobil telefon nömrәnizi bir daha daxil etmәyinizi istәyәcәk. Nömrәnizi bir daha daxil edin ve açılan pәncәrәdәki nömrәnizi yoxlayaraq, düzgündürsә, “TӘSDİQ ET” düymәsini seçin.

“TӘSDİQ ET” әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS gәlәcәk. Bildirişi almadıqda, "AzeriCard" şirkətinin Yardım Xidmәtinә zәng edin.

Ən sərfəli kredit üçün müraciət et

AzeriCard Yardım Xidmәti: (24 saat) (+ 99412) 598 4376, (+ 99412) 598 46 97

Əgər Millli Kart prosessinq mərkəzinə aid olan bankların plastik kart sahibisinizsə «SMS Bankinq» xidmətini belə aktiv edə bilərsiniz:

Kart sahibləri mobil telefonlar vasitəsi ilə "MilliKart"-ın sisteminə  müvafiq SMS mesajlar (sorğular) göndərir və bu sorğulara cavab olaraq sistem tərəfindən müvafiq məlumatlar göndərilir.
 
Kart sahibləri MilliKart tərəfindən təqdim olunan mobil nömrəyə 050 225 88 93 (Azercellabunəçiləri SMS sorğuları həmçinin 8893nömrəsinə göndərə bilərlər)aşağıda qeyd olunan sorğuları göndərərək SMS-banking xidmətindən yararlana bilərlər.

  1. CLIST –  Kart sahibinin sahib olduğu kartların siyahısını öyrənməyə imkan verir
  2. BALANS – Kart hesabının balansını öyrənməyə imkan verir
  3. STATUS – Kart sahibinin sahib olduğu kart(lar)ın statuslarını öyrənməyə imkan verir
  4. STATE – Kartla aparılan əməliyyatlar üzrə qısa çıxarışı (son 14 tranzaksiya) əldə etməyə imkan verir
  5.  STOP 1 –  Kart sahibinin sahib olduğu kartlarını bloka salınmasına imkan verir
  6. STOP 1 activate  – Kart sahibinin sahib olduğu kartlarını blokdan çıxarılmasına imkan verir
  7. LANG – Bu sorğuya cavab olaraq sistem müştəriyə məlumatları hansı dildə ala biləcəyi haqda məlumat verir. Müştəri özünə müvafiq dili seçmək istədikdə, həmin cavabda olan identifikator nömrəsindən (dillərdən) birini seçərək sistemə göndərir( LANG – identifikator nömrəsi) və sistem tərəfindən ona həmin dildə cavab sorğusu daxil olur.
      Azərbaycan – 1 
     Rus – 2 
     İngilis – 3
  8. HELP – Sorğuların siyahısını (servislərin) təqdim edir
  9. HELP BALANS – BALANS sorğusundan istifadə qaydasını müştəriyə göndərir
  10. HELP LANG – LANG sorğusundan istifadə qaydasını müştəriyə göndərir
  11. HELP STATE – STATE sorğusunun istifadə qaydasını müştəriyə göndərir
     

Hesabda hər hansı bir dəyişiklik (ATM, POS-terminalda və vasitələrdə əməliyyatlar aparılarkən, habelə hesaba pul vəsaiti daxil edildikdə) baş verdikdə sistem tərəfindən kart sahibinin mobil nömrəsinə avtomatik olaraq məlumat göndərilir.
 

Xidmətin hansı banklarda aktiv olması və tariflər ilə bağlı növbəti yazımızı qaçırmayın!

Konul Soltanova/Banco.az