Əgər əvvəllər müştərilər bankları sadəcə kredit və depozit faizlərinə görə seçirdisə və ya evlərinə ən yaxın olan banka getməyi üstün tuturdusa, hazırda müştərilər bankın texnoloji nailiyyətləri tətbiq etməsi, onlayn, sms bankinq, mobil bankinq, cash in xidmətlərinin tətbiqi kimi xüsusiyyətlərə əhəmiyyət verirlər. Bütün bunlar insanların bir tərəfdən nisbətən tənbəlləşməsi, digər tərəfdən isə öz vaxtlarını daha düzgün qiymətləndirmək niyyəti ilə bağlıdır.
Bu xidmətlər içərisində mobil bankinq ən vacib yerlərdən birini tutur. Belə ki, indi hamı öz işini elə telefondaca həll etməyə maraqlıdır. Mobil bankinq sizə hansı imkanları təklif edir.
- Kommunal xidmətlərin ödənişi
- Mobil operator xidmətlərinin ödənişi
- İnternet provayderlər xidmətlərinin ödənişi
- Pulun kartdan karta köçürülməsi
- Kartın bloklaşdırılması
- Hesabdan çıxarışın alınması
- Kartın balansı haqqında informasiyanın alınması
Sistemin üstünlükləri
- • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi
- • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
- • SİM kart dəyişmədən xidmətə qoşulma imkanı
- • Banka müraciət etmədən qoşulma imkanı
- • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı
Kimlər Mobil Bankinq xidmətindən istifadə edə bilər?
AzəriCard prosessinq mərkəzində xidmət olunan və aşağıda adları qeyd olunan, həmçinin Kapital Bank, Bank of Baku, Unibank kimi bankların plastik kartlarına sahib olan bütün müştərilər bu xidməti aktiv edə bilər.
Xidməti aktiv etmək üçün banka getmək mütləq deyil. ATM-dən (bankomatdan) qeydiyyat parolları çap etmək və telefona İnternet vasitəsi ilə xüsusi midleti yükləmək kifayətdir. Mobil Bankın bir daha üstünlüyü odur ki, bu xidmətə tək Azərbaycanda fəaliyyət göstərən mobil operatorları yox, həmçinin xarici mobil operatorlarını qoşa bilərsiniz
Bankin adı |
JAVA: MIDP-2.0 |
JAVA BIS (BBM-ə qoşulmuş Blackberry) |
Amrah Bank |
||
AG Bank |
||
Ata Bank |
||
Bankof Azerbaijan |
||
IBAR |
||
Bank Nikoil |
||
Parabank |
||
Rabita Bank |
||
Bank Respublika |
||
Bank Technique |
||
Turan Bank |
||
Xalq Bank |
||
Silk Way Bank |
||
MuganBank |
||
IBAR Moscow |
||
NBC Bank |
||
Avrasiya |
||
BTB |
||
Atra Bank |
||
AFB Bank |
Android versiyası üçün |
iOS versiyası üçün |
Həmçinin Sizə AzəriCardda xidmət olunmayan, lakin öz müştərilərinə mobil bank xidmətləri təklif edən digər banklar haqqında da danışmaq istərdik.
BankofBaku
Müştərilərin bank məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin etmək məqsədilə “Bank of Baku”-nun Android, iPad və iPhone üçün mobil əlavələri vardır.
Bu mobil sistemlər ilə müştərilər valyuta məzənnəsi, kredit və əmanət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının ünvanı və xəritəsi ilə tanış ola bilər, həmçinin istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər. Eyni zamanda, “Bank of Baku”-nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən məlumat almaq mümkündür.
Əlavələri yükləmək üçün keçid linkləri:
https://play.google.com/store/apps/details?id=az.jis.bob&hl=en
https://itunes.apple.com/az/app/bank-of-baku-mobile/id597796948?mt=8
Unibank
“Unibank”-ın da “Android” platformasında olan smartfon və planşet sahibləri, həmçinin və İOS” platformasında olan mobil telefonlar üçün üçün yeni mobil əlavəsi vardır. “İnfoUnibank” mobil proqramının istifadəçiləri, Banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəni tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından onlayn ödəniş apara bilərlər.
“Android” platformasında olan mobil telefonlar üçün “İnfoUnibank” əlavəsini artıq “Google Play” proqram təminatı üzrə İnternet-mağazasından pulsuz yükləmək olar . http://bit.ly/TWCFva
İOS” platformasında olan mobil telefonlar üçün “İnfoUnibank” əlavəsini “App store” proqram təminatı üzrə İnternet-mağazasından pulsuz yükləmək olar
Kapital Bank
"Mobile Banking" xidmətinə qoşulmaq üçün nə etməli?
"Mobile Banking" xidmətinə qoşulmaq üçün ilk öncə Siz, Kapital Bankın "Internet Banking" xidmətinə qoşulmalısınız. Əgər Siz artıq Kapital Bankın "Internet Banking" xidmətinə qoşulmusunuzsa, o zaman eyni İstifadəçi Adı və FİN koddan istifadə etməklə dərhal "Mobile Banking" xidmətindən də faydalana bilərsiniz. Bu xidmətə bütün mobil operator istifadəçiləri qoşula bilər, bunun üçün mobil telefonun yalnız GPRS kanalı ilə İnternetə çıxışın dəstəkləməsi kifayətdir.
Xidmətə qoşulmaq “Midlet” proqramını kompüterə və ya birbaşa mobil telefona yükləyin.
“Midlet” proqramını iki yol ilə yükləmək olar:
1. Bu linkdən istifadə etməklə kompüterə və daha sonra Bluetooth və ya müvafiq kabellər vasitəsilə mobil telefona yükləyin.
• JAVA MIDP 2.0 texnologiyasını dəstəkləyən telefonlar üçün:
KBM-Banking.jad və ya
KBM-Banking.jar
• Android OS dəstəkləyən smartfonlar üçün:
KBM-Banking.Android OS
• iOs dəstəkləyən smartfonlar üçün:
https://itunes.apple.com/us/app/kb-mobile-banking/id645406188?ls=1&mt=8
2. Mobil Telefonun brauzerinə aşağıdakı ünvanı yığın və birbaşa mobil telefona yükləyin.
• JAVA MIDP 2.0 texnologiyasını dəstəkləyən telefonlar üçün:
http://www.kapitalbank.az/mbanking/download/kbm-banking.jad və ya
http://www.kapitalbank.az/mbanking/download/kbm-banking.jar
• Android OS dəstəkləyən smartfonlar üçün:
http://www.kapitalbank.az/mbanking/download/kbmbanking.apk
• iOs dəstəkləyən smartfonlar üçün:
https://itunes.apple.com/us/app/kb-mobile-banking/id645406188?ls=1&mt=8
Sistemə daxil olarkən SMS vasitəsilə dinamik kodları almaq üçün, mobil telefonuzda “Mobile Banking” xidmətini açın, əsas menyunun “Sazlamalar” bəndinə daxil olun “SMS” seçin. “Mesajların qəbulu”nu qeyd edin və əlaqə ünvanını sms://:16111 kimi qeyd olunmasını təmin edin.
Könül Soltanova/ Banco.az