Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 763,6 kiloqramı qızılın payına düşüb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6% artıb.
Son 5 ildə qızıl istehsalında dalğalanmalar müşahidə edilib. Ümumi istehsalın həcmi isə (2022-2026 yanvar-oktyabr ayları) 12 209,7 kq-a bərabər olub:
|
İllər (Yanvar-oktyabr ayları) |
Qızıl istehsalı |
|
2026 |
2763,6 kq |
|
2025 |
2592,7 kq |
|
2024 |
2167,1 kq |
|
2023 |
2131,2 kq |
|
2022 |
2555,1 kq |
Bizi sosial şəbəkələrdən izləyin!!
