İnternet (onlayn) bankinq nədir? | Banco.az

İnternet (onlayn) bankinq nədir?

İnternet bankinq – Sizə banka getmədən, onlayn rejimində öz hesablarınızı idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir.

Xatırlayıram ki, əvvəlki iş yerimdə Facebook-la bağlı işlərə görə ayda bir neçə dəfə hesaba pul yatırmalı olurduq və hər dəfə bankın filialına gedərək, müvafiq əməliyyatı həyata keçirməli olurdum. Hesab mənim öz adıma olmadığı üçün onu onlayn idarə edə bilməzdim.

Yəqin ki, çoxlarınız belə edirsiniz, kreditlərinizi ödəmək, depozit məbləğini artırmaq, hesabdan hesaba, kartdan-karta pul köçürmək, kredit sifariş etmək və s əməliyyatlar üçün banka gedirsiniz və ya hər hansı bir idarəyə öz kartınızdan çıxarılışlar göstərmək üçün onları bankdan alırsınız (adətən kredit almaq üçün tələb olunur). Bu zaman həm nəqliyyatda, həm də bank şöbəsində vaxt və enerji itirsiniz. Halbuki bütün bunları –sadalanan əməliyyatların əksəriyyətini internet üzərindən etmək mümkündür.

Əgər hal hazırda bu məqaləni oxuyursunuzsa, deməli internet sizə daha yaxındır və vaxtınızın bir hissəsini məhz burda keçirirsiniz. Elədirsə, deməli internet bankinq də məhz sizlər üçün nəzərdə tutulub.

İnternet bankinqlə hansı əməliyyatları həyata keçirmək olar?

Bu da əsasən bankın texnoloji nailiyyətləri tətbiq səviyyəsindən və hansı prosessinq mərkəzi ilə çalışmasından asılı olaraq fərqlənir. Amma bir qayda olaraq, internet bankinq sizə bunları təqdim edir:

  • Əməliyyatlar üzrə hesabdan çıxarışların alınması
  • Onlayn rejimində hesabın qalığının öyrənilməsi
  • Kommunal xidmətlər və mobil rabitə üzrə ödənişlərin aparılması
  • Kart hesabları arasında köçürmələrin aparılması (Kartdan Karta)
  • Kart hesabı olmayan şəxslərə vəsaitin göndərilməsi (Cash-by-Code)
  • Ödəniş kartının müvəqqəti bloklaşdırılması
  • Ödəniş şablonlarının yadda saxlanılması və təkrarlanması;
  • Avtomatik şəkildə xidmətlərin ödənilməsi (hesabın bir-başa debitləşməsi) və s.

Sistemə qoşulmaq üçün müştəri xidmət olunduğu banka müraciət etməli və sifariş ərizəsi doldurmalıdır. Bu zaman sizə içərisində  autentifikasiya (İD) göstəriciləri olan zərf verilir. (Bankdan asılı olaraq fərqli də ola bilər).

Ən sərfəli kredit üçün müraciət et

Internet bankinq xidmətinin keyfiyyəti və təqdim olunan əməliyyatlar imkanı bankın hansı prosessinq mərkəzi ilə çalışmasından asılı olaraq fərqlənə bilər:

AzəriCard-da xidmət olunan banklar bunlardır:

Azərbaycan Beynəlxalq Bank, Azərbaycan Beynəlxalq Banki- Gürcüstan,   Xalq Bank, Bank Silk Way. Bank Technique, Bank Respublika, Bank of Azerbaijan. AG Bank,  AFB Bank,  Nikoil, Rabitə Bank,  Ata Bank,  Amrah Bank, Bank BTB, NBC Bank, Para Bank, United Credit Bank,

Bu xidməti MilliKart-dan alan banklara isə daxildir:

AccessBank, Unibank,  DəmirBank, Ekspress Bank və BankofBaku

Aşağıdakı bankların isə özünün ayrıca internet bankinq xidmətləri vardır:

Kapital Bank – İnternet bankinq

Yapı Kredi Bank  - Internet Bankçılıq

Bank Standard –Smart Bank

Banco.az/ Könül Soltanova