Yen kəskin dəyər itirsə də, Yaponiya faizləri dəyişdirməyib | Banco.az

Yen kəskin dəyər itirsə də, Yaponiya faizləri dəyişdirməyib

Tamara Mustafayeva, Banco.az

Yaponiya Bankı (BOJ, mərkəzi bank) faiz dərəcəsini olduqca aşağı səviyyələrdə saxlayıb, yenin dəyər itirməsinə baxmayaraq monetar sərtləşdirməyə getməyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, həddindən artıq aşağı siyasət dərəcəsini və sərbəst pul siyasətini qoruyan Yaponiya Bankı (BOJ) digər mərkəzi banklar inflyasiya ilə mübarizə çərçivəsində pul siyasətini sərtləşdirməyə davam etməsinə baxmayaraq, bazarlara bu tendensiyanın əksi istiqamətdə addımlar atmağa davam edəcəyinin siqnalını verib.

Fed-in üçüncü dəfə siyasət faizini 75 baza bəndi artırmasının ardından faiz qərarını açıqlayan BOJ proqnozlara uyğun olaraq qısa müddətli faiz hədəfini yekdilliklə mənfi 0,1 faiz olaraq təyin edib; 10 illik dövlət istiqrazlarının gəlirliliyi hədəfini isə 0 faiz səviyyəsində saxlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Faiz qərarından sonra yen dollara nisbətdə 144,84 səviyyəsinə düşüb və ötən 24 ilin minimumu qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et