Yelo Bank-ın Audit departamentinə yeni direktor təyin olunub | Banco.az

Yelo Bank-ın Audit departamentinə yeni direktor təyin olunub

Yelo Bankın Banco.az-a verdiyi məlumata əsasən, Fətəliyev Əziz bankın Audit departamentinin direktoru təyin olunub.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirən Əziz, karyerasına 2007-ci ildə AccessBank-da kassir kimi başlayıb. Burada baş kassir vəzifəsinədək yüksəldikdən sonra 2014-cü ildən etibarən Daxili Audit departamentində auditor kimi karyerasını davam etdirir və baş auditor vəzifəsinə kimi yüksəlir. 2017-ci ildən karyerasını Bank Respublikada davam edən Əziz, ilk öncə Daxili Audit Departamentində şöbə müdiri, son illərdə isə həmin departamentin direktor müavini kimi çalışıb.

Daxili audit üzrə ən tanınmış beynəlxalq kvalifikasiya sayılan CIA (Certified Internal Auditor) sertifikatını 2018-ci ildə alan Əziz bəy, həm də Daxili Auditorlar İnstitutunun Azərbaycan üzrə bölməsi DAİ Azərbaycanın yenidən qurulmasının təşəbbüskarı və 2019-cu ildən bu qurumun Prezidentidir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et