Yazıçı Tony Robbins-in 5220 dollarlıq seminarından qeydlər | Banco.az

Yazıçı Tony Robbins-in 5220 dollarlıq seminarından qeydlər

Tamara Mustafayeva, Banco.az

Amerikalı yazıçı, spiker-motivator və xeyriyyəçi Tony Robbins il ərzində 200 min insanla görüşür və təkcə bir dəfə seminarla çıxış edir. Bu seminar 6 gün ərzində hər biri 12 saatdan çox olmaqla davam edir. Qiyməti 5220 dollar olan bu seminara dünyanın hər yerindən insanlar axın edir. Seminarlar olduqca interaktiv keçir, hətta iştirakçılar Robbins ilə öz həyat hekayələrini bölüşüb birbaşa dialoq qura bilirlər.

Bugünkü məqalədə kifayət qədər bahalı olan bu seminarlardan bəzi qeydləri sizinlə bölüşürük.

“Sözlərin insan şüuruna nüfuz etmə gücü var.”

Yüksək səslə və aktiv fizioloji hərəkət halında, yəni ayaq üstə dayanarkən, gəzişərkən və ya tullandıqdan sonra söylənilən hər hansı bir fikir nevroloji və fizioloji aktivliyə səbəb olduğu üçün daha güclü inandırıcılıq bacarığına sahibdir. Bir sözlə, hər hansı bir ideyanı, düşüncə tərzini ya da müəyyən fikri təkcə bilmək özlüyündə kifayət etmir. Nə istədiyinizi yüksək səslə dilə gətirməyiniz daha effektiv olacaqdır.

“Həyatınızın hər hansı bir mərhələsində ağrı duyursunuzsa, bu, böyümək üçün çağırışdır.”

Özünüzə “Bacarıqlı və layiq olduğumu necə sübut edə bilərəm” sualını ünvanlasanız, kimliyiniz bundan asılı olduğunuza inanacaq və bu, sizə əzab verəcək. Həyatım boyunca çox böyük bir uğur əldə etməsəm və ya çox faydalı bir işə imza atmasam, ömrümü bada vermiş sayılacağam deyə düşünüb insanların sizə hörmət etməyəcəyinə özünüzü inandırmış olacaqsınız. Öz qarşınızda bu qədər çox sual qoymağınızın əsas səbəbi isə əsla yetərlilik səviyyəsinə çatmayacağınıza dair yaranan qorxudur. Elə isə sualı dəyişdirin.

“Hazırda öz bacarıqlarımdan necə daha yaxşı istifadə edə bilərəm” tərzində ünvanlanan sual özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq, lüzumsuz narahatlıqlarınızı aradan qaldıracaq və doğru istiqamətə yönləndirildiyinizə dair əminlik duyacaqsınız.

“Depressiya bir xəstəlik növü deyildir, sadəcə diqqət modelidir.”

Hər hansı bir məsələyə fokuslandığınız zaman həmin hadisəyə müəyyən məna yükləyirsiniz. Bu, yaxşıdır, yoxsa pis? Bu şəxs mənimlə zarafat edir, yoxsa hörmətsiz davranır? Ən uğurlu insanlar hər zaman həyatlarındakı hadisələrə nəzarət etməyə çalışırlar. Düzdür, bütün hadisələrə nəzarət edə bilməzsiniz, ancaq həmin hadisələrin sizə necə təsir göstərməyini müəyyən edə bilərsiniz. Daha çox fokuslandığınız nüans depressiv olub olmadığınızı bəlli edəcəkdir. Odur ki, depressiya xəstəlik deyildir, sadəcə diqqət modelidir. Diqqət mərkəzinizi nəzarət altına almaqla həyat keyfiyyətini müsbətə doğru dəyişə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

“Qərarlarınızı dərk etdiyiniz məna formalaşdırır.”

Həyatınıza təsir göstərən, əksərən öz həyat hekayələrinizdir. Bu hekayələr bəzən müəyyən sahələrdə yol qət etməyinizə və ya uğurlu olmağınıza maneə yarada bilir. Odur ki, yaşadığınız hər hadisədən ən müsbət mənanı götürüb yolunuza onunla davam etməlisiniz.

“Özünüz olmağı bacarmasanız, özünüzü sevməkdə də çətinlik çəkəcəksiniz.”

Bütün həyatımız bir göz qırpımında dəyişir. Kimsə sizə desə ki, “Dəyişməyim 10 ilə başa gəlib”, o halda bilin ki, bu dəyişiklik, əslində bir anda reallaşıb. Özünüzü oyandırsanız, ömrünüzün sonunadək nəzarət sizin əlinizdə olacaq. Həyatınızın hansı sahəsi ürəyinizcə deyil? Problem hesab etdikləriniz, əslində sizin üçün mükafat dəyərindədir. Odur ki, hər şeydən çox özünüzə əmək sərf edin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et