"Yaşıl Kart" sığorta müqavilələri üzrə yığımlar 49% artıb | Banco.az

"Yaşıl Kart" sığorta müqavilələri üzrə yığımlar 49% artıb

 Bu ilin avqust ayında Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 702 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

"Report"un İcbari Sığorta Bürsouna (İSB) istinadən verdiyi xəbərə görə, bu müqavilələrdən 1 310-u Türkiyə və İrana, 315-i Rusiya, Moldova və Ukrayna, 77-si isə Sistemə daxil olan digər ölkələrə səfər edənlərin avtonəqliyyat vasitələri ilə bağlı olub.

Avqustda beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 97 988 manat təşkil edib. "Yaşıl Kart" üzrə bağlanan müqavilələrin 1 530-u minik, 86-sı yük, 71-i qoşqu, 11-i avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki ayla müqayisədə sığorta müqavilələrinin sayında 54,45%, sığorta haqlarında 48,63% artım müşahidə olunub.  

Qeyd edək ki, Azərbaycan "Yaşıl Kart" sisteminə 2016-cı ilin əvvəlindən qoşulub.