Yanvar ayında Yaponiyada sənaye istehsalı, qlobal ləngimənin iqtisadiyyatı ixracata bağlı bu ölkə üzərində təsirlərini göstərməyə başlaması ilə son bir ilin ən böyük tənəzzülünü reallaşdırıb.
İqtisadiyyat Nazirliyi tərəfindən Cümə günü açıqlanan məlumatlara görə, Yaponiyada sənaye istehsalı Yanvarda əvvəlki aya nisbətən 3.7% azalıb.
İqtisadçılar sənaye istehsalının 2.5 faiz azalacağını gözləyirdilər. İki aydır ardıcıl görülən azalma, zəifləmənin davam etdiyindən xəbər verir.
Sənaye istehsalı göstəricisi, Yaponiyanın ilk rüb iqtisadi artımına mənfi təsir edə bilər.
Analitiklər bildirirlər ki, Yanvar-Mart dövründə sənaye istehsalının 4.5 faiz düşməsi gözlənilir. Nəticə belə çıxarsa, 2009-un ilk rübündən bəri ən böyük azalma baş vermiş olacaq və bu olduqca şokedici bir rəqəmdır.
Marja