Yaponiya Mərkəzi Bankı pul siyasəti üzrə qərarını açıqladı | Banco.az

Yaponiya Mərkəzi Bankı pul siyasəti üzrə qərarını açıqladı

Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı pul siyasətini dəyişdirməyib, iqtisadi artım proqnozunu isə aşağı salıb.

Yaponiya Mərkəzi Bankı (BoJ) faiz qərarı və pul siyasəti ilə bağlı heç bir dəyişik etməyərək 2021-ci ilin mart ayında başa çatacaq maliyyə ilinə dair iqtisadi azalma proqnozunu 3-5 faiz aralığından 4.5-5.7 faiz aralığına qədər yüksəldib.

Mərkəzi Bankın dünən başlayan və bu gün başa çatan pul siyasəti iclasında verilən qərarlar mətbuata açıqlanıb.

Qərara görə, Mərkəzi Bank pul siyasəti üzrə faiz dərəcəsini dəyişməyərək mənfi 0.1 faizdə saxlayıb. Sözügedən qərarı 8 səs çoxluğu ilə qəbul edən BoJ limitsiz sayda dövlət istiqrazları alacağını və birja investisiya fonduna illik 12 trilyon yen, daşınmaz əmlak investisiya fondlarına isə illik 180 milyard yen ayıracağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İngiltərədən Huawei qadağası

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et