İngiltərədən Huawei qadağası | Banco.az

İngiltərədən Huawei qadağası

Tamara Mustafayeva, Banco.az

İngiltərə hökuməti verdiyi qərarla mobil operatorların 5G texnologiyasına keçid prosesində Huawei cihazlarından istifadə etməsini qadağan edib. Səbəb kimi isə Huawei firmasının Çin hökuməti ilə əlaqəli formada cihazlarında casus proqramları olması göstərilir.

Sözügedən qərarla ölkədəki telekommunikasiya firmaları 31 dekabr tarixindən etibarən Huawei avadanlıqları satın almayacaq və 2027-ci ilə qədər isə hazırda mövcud olan avadanlıqların istifadəsini dayandırmalı olacaqlar. Nazirlər kabinetinin iclasından sonra çıxış edən Mədəniyyət Naziri Oliver Dowden "Huawei qadağası"-nı mətbuata açıqlayıb. Hazırda diqqətlər ölkədəki GSM şirkətlərinin yeni strategiyasının necə olacağına yönəlib.

Nazir həmçinin sözügedən addımın ölkədəki 5G-ə keçid prosesinin də 1 il təxirə salına biləcəyini söyləyib.

İngiltərənin ən böyük GSM operatorlarından Vodafone ve BT isə 5G sistemlərindən Huawei avadanlıqlarını çıxartmaları üçün onlara üç il ya da daha az müddət verilməsi halında mobil telefon siqnallarında kəsilmələr olacağına dair xəbərdarlıq edib. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Huawei ABŞ sanksiyalarına rəğmən ən çox satan smartfon istehsalçısı oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et