Siqaret çəkmədiyiniz üçün əlavə tətil günü haqqınız olacağını desək, nə gözəl olardı deyil mi? Amma çox təəssüf ki, bu vəziyyət hələ bizim ölkəmizdə keçərli deyil. Ən yaxın müddətdə, öz ölkəmizdə də belə gözəl addımlar görmək istəyirik.
Bəs bu icazə mövzusu necə ortaya çıxdı?
Yaponiyada Piala adlı marketinq şirkəti siqaret çəkməyən işçilərinin şikayətini nəzərə aldı. Daha sonra siqaret və tütün məhsulları istifadə etməyən işçilərin, siqaret fasiləsinə çıxanlara görə daha çox işlədiklərini iddia etdiklərinə görə hərəkətə keçdi.
Siqaret çəkməyən şirkət işçilərinin arasındakı narazılıq, şirkətin Tokionun Ebisu bölgəsində yerləşən baş ofisinin 29cu mətəbədə yerləşməsi səbəbiylə, daha da böyüdü. Siqaret çəkmək istəyən hər kəs, ən aşağıda olan siqaret çəkmə sahəsinə getmək məcburiyyətində idi və nəzərə alsaq ki, hər siqaret fasiləsi da təxminən 15 dəqiqə davam edir.
Şirkətin rəsmi nümayəndəsi Hirotaka Matsushima, The Telegraph-a bildirib ki:
"Bu ilin əvvəllərində siqaret çəkməyən bir işçimiz şikayət və təklif qutusuna siqaret fasilələrinin problem yaratdığı haqqında bir məktub yazdı. CEO'muz bu məktubu gördü və haqq verdi. Elə buna görə də, bu əlavə icazə günlərini siqaret çəkməyən işçilərimizin hüquqlarını təmin etmək üçün veririk".
Özü də siqaret istifadə etməyən Matsushima, bu əlavə icazə günləri qaydası tətbiq edildiyindən etibarən, şirkətdə çalışan 120 işçidən 30-unun bu icazədən istifadə etdiyini dedi. Matsushima'nın dediyinə görə, yeni qayda, 4 adamın siqaret istifadəsini dayandırmağına kömək oldu. Lakin şirkətdə bəzi işçilərin, bu tənzimləməni sui-istifadə etdiyini də dilə gətirdi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yaponiyada yetişkin insanların 21,7 %-i siqaret çəkir.Azərbaycan da ən çox siqaret çəkilən ölkələr arasında olduğuna görə, bu qaydanın ölkəmizdə tətbiqi, siqaretlə mübarizə üçün təsirli metod ola bilər.
Tərcümə: Güllü Nağıyeva