«Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin ikinci rübünü mənfəətlə başa vurub | Banco.az

«Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin ikinci rübünü mənfəətlə başa vurub

2022-ci ilin ikinci rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətini əhəmiyyətli dərəcədə artıraraq,  1 milyon 361 min AZN-ə çatdırıb.

Qeyd olunan dövr üçün bankın aktivləri 383.8 mln. manat, kredit portfeli ise  220.9 mln manat olmuşdur.  Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlərin ümumi həcmində 26% olmaqla, biznes kreditlərinin 36% artımı müşahidə edilib. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2022-ci ilin ikinci rübündə 160 milyon manata çatmışdır və xüsusilə qeyd etmək lazımdır ki, həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir. 

2022-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı artaraq 76.3 milyon manat çatıb. Mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Cari ilin ikinci rübündə I dərəcəli kapitalın  adekvatlıq əmsalı 29%, məcmu kapitalının adekvatlıq əmsalı isə 31% olmuşdur. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et