Yadplanetlilərdən də sığorta var imiş | Banco.az

Yadplanetlilərdən də sığorta var imiş

Dünyada sığorta sektoru ilə bağlı aparılan araşdırmalar maraqlı nəticələr verib. Araşdırmaya görə, sığorta sənayesini uzun müddət gözləyən “gözlənilməz  risklər” arasında "yadplanetli işğalı" da yer alıb.

"Towers Watson”-a  daxil olan “Thinking Ahead Group” dünyanın aparıcı sığorta  şirkətlərində sığorta sənayesini uzun müddət gözləyə biləcək “gözlənilməz riskləri” araşdırıb. Türkiyənin də yer aldığı siyahıda Amerikadan Rusiyaya qədər dünyanın bir çox ölkəsindəki  30 min  sığortaçıya " Gələcəkdə sığorta sənayesini gözləyən ən böyük gözlənilməz risk nədir?" sualı ünvanlanıb.

Araşdırmaya görə, ən böyük təhlükə qlobal epidemiya riski hesab olunur. İkinci yerdə zəlzələ, sunami, vulkan püskürməsi kimi təbii fəlakət riskləri yer alıb. 3-cü sırada isə qida, su və enerji böhranı, 4-cü sırada şəxsi, iş və dövlət məlumatlarının kiber hücumlara məruz qalma riski gəlir. Sıralamada gözlənilməz sığorta riskləri arasında iqtisadi böhran, bank sektorunun çökməsi, infrastruktur problemləri, terrorizm və Avropa Birliyinin (AB) dağılması kimi maraqlı başlıqlar da yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmaya görə sığorta sənayesini gözləyən 57 ən gözlənilməz sığorta riski arasında "yadplanetli işğalı" da var.

Mənbə: fins.az