Müəllif - Aida İsaq, Banco.az
İnflyasiyanın səngiməsi gözlənilsə də, xidmət sektorundakı qiymətlərin bahalaşması əsas narahatedici məsələlərdəndir.
Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının vitse-prezidenti Luis de Guindos bildirib. O əsas inflyasiya tendensiyası arasında ən çox xidmətlərin qiymətlərindəki artımlardan narahatlığını qeyd edib.
De Guindos həmçinin əsasən iqtisadiyyatın və qiymətlərin indiyədək borclanma xərclərinin artmasına reaksiyası fonunda AMB-nin bundan sonra faiz artımlarının hansı səviyyədə olmasını söyləməyin tez olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!