Xarici ölkələrə səfər edən azərbaycanlıların sayı artıb | Banco.az

Xarici ölkələrə səfər edən azərbaycanlıların sayı artıb

Bu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2.540,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatina görə, ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et