Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala 1 532,8 milyon manat vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22.6% azdır.
Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 453,0 milyon manatı (94,8 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, BƏƏ, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!