Xaricə verilən kreditlərdən gəlirlər gələn il 40% artacaq | Banco.az

Xaricə verilən kreditlərdən gəlirlər gələn il 40% artacaq

Xarici dövlətlərə verilmiş kreditlərdən Azərbaycanın dövlət büdcəsinə 2017-ci il 50,8 mln. manat həcmində vəsait daxil olacaq. 

Xarici dövlətlərə verilmiş kreditlər üzrə büdcəyə daxilolmaların 2016-ci ilin analoji proqnozu ilə müqayisədə 39% artacağı nəzərdə tututub. Xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi 0,3% təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et