Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" 2025-ci ilin yanvar-sentyabr aylarında 51 mln. 541 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Xalq Bank"ın cari ilin 1 oktyabr tarixinə aktivləri 3 milyard 630 milyon 980 min manat təşkil edib. Bankın aktivləri illik müqayisədə 688 milyon 521 min manat və ya 23,4% artıb.
Bu ilin 30 sentyabr tarixinə "Xalq Bank"ın kredit portfelinin həcmi 1 milyard 823 milyon 216 min manat təşkil edib. Eyni dövrdə bankın depozit portfelinin həcmi isə 1 milyard 842 milyon 527 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!