Western Union vasitəsilə xaricə pul köçürmə zamanı nə qədər komissiya tutulur? - Araşdırma | Banco.az

Western Union vasitəsilə xaricə pul köçürmə zamanı nə qədər komissiya tutulur? - Araşdırma

Western Union sistemi dünyanın ən böyük pul köçürmə sistemlərindən biridir. 1871-ci ildə yaranan Western Union hazırda dünyanın 200-dən çox ölkəsində və 510 mindən artıq xidmət məntəqələrində fəaliyyət göstərir. Geniş şəbəkəyə malik olması vəsaiti tez bir zamanda köçürməyə imkan verir. Sistemin üstünlüyü prosedurun rahat olması və pulu qısa müddətə digər şəxsə göndərməyin mümkünlüyüdür. Bunun üçün şəxsiyyət vəsiqənizi bank əməkdaşına təqdim edirsiniz. Sonra bank əməkdaşının verdiyi blankı doldurduqdan sonra kassaya yaxınlaşaraq göndərəcəyiniz məbləği və komissiya haqqını ödəməlisiniz. Daha sonra bank əməkdaşı sizə xüsusi on rəqəmli nəzarət nömrəsini təqdim edəcək. Həmin nömrəni pulu göndərdiyiniz şəxsə bildirməlisiniz. Müvafiq ödənişi qəbul edən şəxs isə pulu alacağı banka yaxınlaşaraq şəxsiyyət vəsiqəsi ilə birgə bu kodu təqdim etdikdən sonra pulu əldə edə bilər.

Əlavə olaraq, onu da qeyd edək ki, fiziki şəxslər gün ərzində 1 000 USD, ay ərzində isə 10 000 USD ekvivalentini aşmamaq şərti ilə hesab açmadan bu proseduru icra edə bilərlər. Fiziki şəxslər gün ərzində 1 000 USD-dən artıq köçürmə etmək üçün birinci dərəcəli qohumluq haqqında müvafiq sənədləri təqdim etdikdə mümkündür. 

Həmçinin bax: Bankların hansı sürətli pul köçürmə sistemləri var? - ARAŞDIRMA

Həmçinin bax: Xaricə Hansı Yolla Pul Köçürmək Olar? - Video

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et