“VTB Bank (Azerbaijan)”nın xalis mənfəəti 7 milyon manatı ötəcək | Banco.az

“VTB Bank (Azerbaijan)”nın xalis mənfəəti 7 milyon manatı ötəcək

2014-cü ilin yekunları üzrə «VTB Bank (Azerbaijan)» ASC 7 mln. manatdan artıq məbləğdə xalis mənfəət əldə etməyi nəzərdə tutur. Bu barədə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

“2013-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 4,6 mln. manat təşkil edib. 2014-cü ildə 7 mln. manatdan artıq məbləğdə mənfəət əldə etməyə ümid edirik”, - deyə Y.Yakovlev bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə «VTB Bank (Azerbaijan)» “Azərbaycanda ən sürətlə inkişaf edən bank olub”.

“Bu il bankın 8 filialı fəaliyyətə başlayıb, onlardan ikisi Sumqayıt və Xırdalan şəhərlərindədir. Beləliklə, bankın satış nöqtələrinin ümumi sayı 13-ə çatıb. Bundan başqa, daha 3 filial aşılış mərhələsindədir və bununla da yaxın aylarda bankın satış nöqtələrinin sayı 16-dək artacaq”, - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Y.Yakovlev vurğulayıb ki, 2014-cü ildə «VTB Bank (Azerbaijan)»nın fəaliyyətə başlamasının 5 ili tamam olur.

“Strategiyamıza əsasən, bankın məhsullarının 50%-i pərakəndə sahəyə, 50%-i - Azərbaycanın korporati sektoru ilə işə yönəlib. Bu gün biz bu nisbətlərə yaxın çalışırıq”, - dfeyə o qeyd edib.

Bankın rəhbəri əlavə edib ki, «VTB Bank (Azerbaijan)» üçün əsas fəaliyyət istiqaməti Azərbaycan-Rusya münasibətlərinin inkişafına yardım etməkdir.

Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “VTB Bank (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et