VTB (Azərbaycan) Yeni ilə həsr olunmuş “Arzu ağacı” xeyriyyə aksiyasına start verib | Banco.az

VTB (Azərbaycan) Yeni ilə həsr olunmuş “Arzu ağacı” xeyriyyə aksiyasına start verib

“Arzu ağacı” xeyriyyə aksiyası artıq bir neçə ildir ki, uşaqların arzularını həyata keçirməyə kömək edir. Bu kampaniya sayəsində “Nur” və “Təmiz Dünya” sığınacaqlarının yeniyetmələri öz arzularına çatmaq və ya Yeni il hədiyyəsi almaq imkanı əldə edirlər.

“Arzu ağacı” dekabrın 11-dən və 2024-cü il yanvarın 7-dək davam edəcək. Uşaqların böyük ürəklərindəki arzularını yerinə yetirmək üçün VTB-nin Baş Ofisinə gelməklə Yeni il ağacında asılmış bir və ya bir neçə arzunu seçməklə "Nur" və "Təmiz Dünya" sığınacağın balaca sakinlərinin arzularını gerçəkləşdirəcəyik!

Yeni il xeyriyyə aksiyası GID CSR Consulting MMC-nin təşkilati dəstəyi ilə VTB (Azərbaycan) tərəfindən keçirilir.

Aksiyada həm fiziki, həm də hüquqi şəxslər iştirak edə bilərlər. Bankın ünvanı: Bakı şəhəri, Xətai prospekti 38.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et