Müəlif:Ayşən İmanova/Banco.az
İsveçin “Volvo” avtomobil konserni dünyada 72 min yeni “EX30” elektrik avtomobilini geri çağırır.
Banco.az xəbər verir ki, bu barədə İsveçin avtomobil qəzeti “Carup” yazır.
Səbəb bu model avtomobillərin mərkəzi ekranının ehtimal edilən nasazlığıdır, buna görə də sürətölçən göstərilmir.
Bu modeldə sürətölçən sükan arxasında deyil, sürücünün sağındakı böyük ekranda yerləşir və avtomobil işə salındıqda test rejiminə keçə bilər. Test rejimində sürət göstərilmir və nasazlığı aradan qaldırmaq üçün proqram təminatının yeniləməsi tələb olunur.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Magnus Holstun sözlərinə görə, təkcə İsveçdə 5 minə yaxın elektrik avtomobili uzaqdan həyata keçirilə bilən proqram təminatının yeniləməsini tələb edir.
Qeyd edək ki, “Volvo EX30” satışları bu ilin yanvar ayında başlayıb. Bu günə qədər 35 min avtomobil satılıb.