Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 603 milyon 765 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 426 milyon 402 min dollar və ya 3,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,1% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkə olub.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 5 milyard 360 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
