"Vergi güzəştləri olsa, Bakıdan daha çox regionlarda müəssisə aça bilərik" | Banco.az

"Vergi güzəştləri olsa, Bakıdan daha çox regionlarda müəssisə aça bilərik"

"Qablaşdırma şirkətləri Bakı və Abşerondan daha çox regionlarda müəssisələr açmaqda maraqlıdır".

Bunu “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Kamran Hacızadə deyib.

O bildirib, əmək haqqı, ərazilərin alınması üçün ayrılan xərclərin daha aşağı olması regionlarda biznesin qurulmasını qablaşdırma şirkətləri üçün cəlbedici edir. Bununla belə, bir sıra vergi güzəştlərinin tətbiq edilməsinə ehtiyac var: “AQSA olaraq Dövlət Vergi Xidmətinə təklif etmişik ki, regionlarda müəssisə açmaq istəyən qablaşdırma şirkətlərinə vergi güzəştləri tətbiq edilsin. Eyni zamanda bu müəssisələrdə çalışan işçilərin əmək haqqlarına tətbiq edilən vergilər azaldılsın”.

Kamran Hacızadə hesab edir ki, sözügedən vergi güzəştlərinin tətbiqi regionlarda fəaliyyət göstərən qablaşdırma müəssəsisələrinin artmasına, bu isə öz növbəsində əhalinin məşğulluğunun və iqtisadi aktivliyin artmasına müsbət təsir edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et