Venesuela Petronun ilk satışından neçə milyon dollar qazandı? | Banco.az

Venesuela Petronun ilk satışından neçə milyon dollar qazandı?

Venesuelanın prezidenti Nikolas Maduro ölkənin mübahisəli “petro” kriptovalyutasının ilk satış günündə 735 milyon dollar qazandığını iddia edib.

Maduro çərşənbə axşamı bu haqda “Twitter”-də yazsa da, dediklərini sübut edən heç bir dəlil təqdim etməyib.

“Reuters” və “Associated Press” Maduronun satışda kimin investisiya qoyduğuna dair heç bir məlumat vermədiyini açıqlayıblar.

Bununla yanaşı, Maduro dekabrda ABŞ hökumətinin sanksiyalarından qurtulmaq üçün bu təşəbbüsdən istifadə edəcəyini bildirmişdi.

“Reuters”-in məlumatına görə, Maduro “bu gün “Supermen”i məğlub edə biləcək bir kriptovalyuta yaranır”, – deyə bildirib. Maduronun bu ifadəsinə də xüsusi diqqət verilib:

“XXI əsrdə böyük bir addım atdıq”.

İlkin satış çərşənbə axşamı başlanıldı və gələn aya qədər davam etməsi planlaşdırılır.

“CoinDesk”-in daha əvvəl qeyd etdiyi kimi Venesuela hökuməti Petronun yalnız neft sektoru ilə dəstəklənəcəyini və əvvəlki günün bazar qiymətindən asılı olacağını bildirib.

Bu gün dərc edilən sənədə görə, bu tokenin Ethereum şəbəkəsində çalışacağı söylənilir. Ancaq digər məlumatlara görə, “NEM” adlı alternativ Blockchain sistemində fəaliyyət göstərəcək.

Ziddiyyətli detalları bir kənara qoysaq, Venesuelanın planı bir ölkənin öz kriptovalyutasını ilk dəfə çıxarmağa baçlamasının nəticəsidir. Xəbər Cənubi Amerika ölkəsinin daxilində və xaricində siyasətçilər tərəfindən rədd edildi.

Venesuela müxalifətinin Konqresdəki təmsilçiləri də daxil olmaqla, tənqidçilər qanunsuz hərəkətlərə və korrupsiyaya qarşı mübarizə vasitəsi kimi bu plana hücum ediblər. ABŞ senatorları kriptovalyutanın istifadəsi ilə sanksiyalardan qorunmaq üçün təşkil edilən planla əlaqədar narahatlıqlarını dilə gətiriblər, ancaq praktikada bunun necə olacağını zaman göstərəcək.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et