Dünyanın ən böyük 10 xarici investoru | Banco.az

Dünyanın ən böyük 10 xarici investoru

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə çoxmillətli şirkətlər əvvəlki illə müqayisədə 2,2% artımla 1,3 trilyon dollardan çox yeni xarici investisiya elan ediblər. Ən böyük investisiya öhdəlikləri yarımkeçirici zavodları, məlumat mərkəzləri, enerji və digər əsas infrastruktur layihələrinə yönəlib.

Banco.az World Investment Report 2026 məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ilin ən böyük 10 xarici investoru bunlar olub:

  1. TSMC - 100 milyard dollar - Texnologiya
  2. ByteDance - 45,1 milyard dollar - Texnologiya
  3. MGX Fond İdarəetməsi - 43,4 milyard dollar - Maliyyə
  4. Brookfield Asset Management - 28,2 milyard dollar - Maliyyə
  5. Alphabet - 25,1 milyard dollar - Texnologiya
  6. DAMAC Holding - 24,6 milyard dollar - Daşınmaz əmlak
  7. Iberdrola - 24,3 milyard dollar - Kommunal xidmətlər
  8. Microsoft - 17,7 milyard dollar - Texnologiya
  9. Woodside Energy - 17,5 milyard dollar - Enerji
  10. Micron Technology - 16,6 milyard dollar - Texnologiya

Reytinqə Tayvanın TSMC şirkəti başçılıq edib. Dünyanın ən böyük yarımkeçirici istehsalçısı 2025-ci ildə ABŞ-nin Arizona ştatındakı fəaliyyətinə əlavə 100 milyard dollar investisiya qoyub.

Texnologiya şirkətləri reytinqdə üstünlük təşkil edib və ilk 10-luqda beş şirkətlə təmsil olunub. ByteDance 45,1 milyard dollar investisiya ilə ikinci yerdə qərarlaşıb. Bu məbləğin təxminən 40 milyard dollarının Braziliyada böyük məlumat mərkəzinin yaradılmasına yönəldilməsi planlaşdırılır.

Ötən il Alphabet 25,1 milyard dollar, Microsoft isə 17,7 milyard dollar həcmində xarici investisiya elan edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram