Valyuta ehtiyatlarımız niyə azalır? | Banco.az

Valyuta ehtiyatlarımız niyə azalır?

 

Ötən il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2,3%, dekabr ayında 8% azalıb

Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyev bildirir ki, gözlənildiyi kimi, 2014-cü ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2,3% azalıb. Ehtiyatların həcmi il ərzində 14152.0 milyondan 13758.3 milyon dollara düşüb.

MB-nın rəsmi valyuta ehtiyatları artıq 5-ci aydır azalma tendensiyası nümayiş etdirir.

İyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib.

MB-nin valyuta ehtiyatının azalmasının əsas səbəbi Rusiya amilidir.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyada rublun ucuzlaşması həmin ölkədə daşınmaz əmlakın dəyərini ucuzlaşdırdı. Azərbaycanlı sahibkarlar kütləvi şəkildə öz vəsaitlərini dollara çevirərək Rusiyanın əmlak bazarına yönəltdilər. Dekabr ayı manat üçün çox gərgin keçdi. Mərkəzi Bankın gündəlik intervensiyası manatı saxlaya bildi. Mərkəzi Bank təkcə dekabrda bazara 1,2 milyarddan çox dollar çıxartmaq məcburiyyətində qaldı. Rusiya böhranı noyabr-dekabr aylarında Mərkəzi Bankın ehtiyatlarının 10%-ni itirməsi ilə nəticələndi.

Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatını xərcləməli olacaq. Bu işə təbii ki, Neft Fondu da qoşulaşacaq. Neft Fondunun da aktivlərində azalma müşahidə ediləcək. İstənilən halda hər şey asılı olacaq dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən.

Ən sərfəli krediti almaq üçün müraciət et