Unibank Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir. Ocağınız daim yansın, süfrələriniz ruzi-bərəkətli olsun!
Bank Torpaq çərşənbəsi münasibəti ilə bir günlük 0% komissiyalı kredit aksiyası keçirir. Martın 19-da bankda 20.000 AZN-dək nağd kredit rəsmiləşdirənlər, komissiya ödəməyəcək. Bu aksiyada işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri 100 manat və yuxarı olan hər kəs iştirak edə biləcək.
İndi Unibankdan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:
- komissiya 0%;
- sığorta xərci yoxdur;
- zamin tələbi yoxdur;
- kreditin ödəniş tarixini müştəri özü təyin edir;
- 20 000 AZN-dək kredit məbləği;
- 48 ayadək ödəniş müddəti;
- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Son Çərşənbənin sərfəli kampaniyasından faydalanmağa tələsin, çünki kampaniya cəmi 1 gün davam edəcək.
Bayram günlərində kredit ödənişlərinizi:
- telefonunuzda Unibank Mobile vasitəsi ilə;
- Unibank, eManat, MilliÖn ödəmə terminallarında – nağd;
- unibank.az və hesab.az saytlarında onlayn ödəyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!